Kişi qarderobu: Geyimi necə seçək?

Kişi qarderobu, qadın qarderobundan daha sadə və standartdır. Onun əsaslarını 11 element təşkil edir.

  1. Şalvar
  2. Pencək
  3. Köynək
  4. Vodolazka və t-shirt
  5. Cins şalvar
  6. Plaş və ya palto
  7. Gödəkcə
  8. Cemper və ya sviter
  9. Qalstuk və kəmər
  10. Corab və alt-paltarı
  11. Ayaqqabı

1. Şalvar

Şalvar kişi qarderobunda pencəklərdən daha çox olmalıdır. Çünki onlar öz formasını daha tez itirir. Ona görə də 1 şalvarı iki gündən çox geyinmək olmaz. Daha sonra onu dolabdan asaraq, digəri ilə dəyişmək lazımdır. Belə geyinildiyiniz halda onlar öz formasını daha gec itirir.

Şalvarın rəngi sizin yaşınızdan və zövqünüzdən asılıdır. Eyni zamanda onu hara geyinəcəyinizlə də bağlıdır. Əsas məsləhətimiz, qarderobunuzda qara, tünd göy və boz rəng şalvarların olması vacibdir.

Klassik kişi şalvarının uzunluğu arxadan ayaqqabının dabanının ortasına düşməlidir. Qarşı tərəfdən isə əyilmədən ayaqqabının üzərini örtməlidir. Ona görə də keyfiyyətli şalvarlar fərqli tikilir. Yəni arxa tərəfi qarşı tərəfdən ən azı 1-2 sm uzun olmalıdır.

Şalvarlarda manjetin olması zövqə bağlıdır. Manjetin eni 3.5 sm-dən çox olmamalıdır.

2. Pencək

Pencək çiyinlər tərəfindən ideal formada oturmalıdır. Qolları heç bir halda qısa olmamalıdır.

Bir bortlu pencəklərdə kişilər daha arıq və hündür görünür. İki bortlu pencəklərdə isə kişilər daha kök və gödək görünür.

Pencəklər şalvarlarla eyni rəngdə də ola bilər, fərqli də ola bilər. Rəng tonları yaxın olan şalvar və pencək daha çox iş həyatı üçün uyğundur. Rəngləri fərqlənən pencək və şalvarlar isə daha çox gündəlik, sərbəst həyata uyğun gəlir. Rəsmi iş görüşləri üçün qarderobunuzda hər zaman bir dəst kostyum olmalıdır. Kostyum tünd göy rəngdə ola bilər və ya boz rəngdə.

3. Köynək

Gündəlik üçün alınan köynəklər ən azı qarderobunuzda olan digər paltarların biri ilə vəhdət təşkil etməlidir. İş həyatı üçün, qışqıran rənglərdən imtina etməlisiniz və daha çox ağ, pastel rənglərində olan köynəklərdən istifadə etməlisiniz.

Köynəyin ölçüsü onun varatnikinə uyğun hesablanır. Boyun və varatnik arasında olan boşluq 1.5 sm-dən çox ola bilməz. Köynəyin qolları isə pencəkdən 1-1.5 sm çölə çıxa bilər.

4. Vodalazka və t-shirt

Rəsmi yerlər olmayanda vodalaskanı pencəklə də geyinmək olar. Klassik köynəklərdən fərqli olaraq, vodolaskanın qolları pencəkdən kənara çıxmamalıdır.

Rəng seçimi siə mütləq şalvarınızla uyğunlaşmalıdır. Üzərində rəsmlər olan vodalaskalara üstünlük verməməyiniz məsləhətdir.

Pencəyin altından t-shirt geyinmək qərarına gəlmisinizsə o, yalnız bir rəngdə olmalıdır, onu cins şalvarla geyinməlisiniz və rəsmi olmayan görüşə getməlisiniz. Üzəri rəsmlərlə bol olan t-shirtləri ancaq dostlarınızla gündəlik görüşlərinizə geyinə bilərsiniz.

5. Cins şalvar

Kişi qarderobunda cins şalvarların sayı çox ola bilər. Cins şalvarları demək olar ki, hər yerə geyinə bilərsiniz. İş yeriniz çox rəsmi deyilsə, klassik formaya yaxın, tünd rəngli cins şalvarlardan istifadə edə bilərsiniz. Beldən aşağı dayanan cins şalvarları 30 yaşdan sonra geyinməməyi məsləhət görərdik.

6. Plaş və ya palto

Üst geyimin rəngi o qədər də açıq rənglərdə olmamalıdır. Uzunluq isə dizlərinizdən aşağı olmasa daha yaxşı görünər.

Kişilər üçün olan palto və ya plaş aldığınız zaman onu mütləq pencəklə yoxlayın. Pencəklə geyindiyiniz zaman əllərinizi qarşıya aparan zaman kürək hissəsində sıxlıq yaranırsa, 1 ölçü böyük palto və ya plaş almağınız məqsədə uyğundur.

7. Gödəkçə

Gödəkçə alan zaman seçiminiz boldur. Bu dəri, cins materiallı, kaşmir və s. ola bilər. Gödəkcə rəsmi geyim olmadığından, onun rənglərində seçim etməyiniz sərbəstdir.

Bu tip gödəkçələrin uzunluğu, bel hissəsinin sonunda bitməlidir. Eyni zamanda bu tip gödəkçələri hündür adamlar seçim etsə daha yaxşı olardı. Çalışın bu tip gödəkçələrin altından pencək geyinməyin. Bu siz çox bərbad halda göstərə bilər. Gödəkçələri adətən vodolaskaların uzunluğuna uyğun seçin. Çünki onlar adəti üzrə vodolaskalarla daha yaxşı görünür.

8. Cemper və ya sviter

Rəsmi olmayan yerlər üçün cins şalvarla kobud toxunuşlu sviterlər əla görünəcək. Bu tip geyim sizi daha kişiyanə göstərəcək. Bu tip sviterləri heç bir zaman köynəklə geyinməyi ağlınıza gətirməyin.

9. Qalstuk və kəmər

Kişi qarderobunun ən xarakterli seçimi. Eyni zamanda burada sizin öz fikirlərinizdə əsasdır. Qalstuk, köynək və pencək arasındakı uzlaşmanı tamamlayır. Üzərində cizgilər olan qalstukları yalnız bir rəngli köynəklərlə geyinmək lazımdır. Xətli köynəklər və ya damalı köynəklərlə isə saya qalstuklar istifadə olunmalıdır. Qara saya qalstuklar, yasda olduğunuzu bildirənlərdəndir.

Klassik qalstukların ən enni hissəsi 9 sm-dən çox ola bilməz.

Rəsmi görüşlər üçün olan kəmər, dəridən olmalıdır, bir az bahalı olmalıdır və şalvarın rəngi ilə demək olar ki, eyni olmalıdır. Kəmərin eni, şalvarın kəmər taxılan hissəsi ilə bərabər ölçüdə olmalıdır.

10. Corab və alt-paltarı

Alt paltarı hiss olunan olmamalıdır. Köynəyin altından geyinilən mayka isə heç bir zaman görünməməlidir.

Corab şalvarın rəngi ilə eyni olmalıdır. Corab əslində bir az uzun olmalıdır. Siz ayağınızı ayağınızın üstünə aşıranda, corabla şalar arasında qalan boşluq görünməməlidir.

11. Ayaqqabı

Kişi qarderobunun ən bahalı elementidir. Bu yalnız status üçün deyil, eyni zamanda sərfəlidir. Bahalı ayaqqabı daha uzun müddətli olur, ona qulluq etmək daha asandır və ayaqda daha rahat olur. Ayaqqabılar sezona görə dəyişilməlidir və geyimin rənginə uyğunlaşmalıdır.

Rəsmi görüşlər üçün üzəri zamj olan ayaqqabılar geyinmək olmaz. Onlar rəsmi görüşlər üçün nəzərdə tutulmayıb.

Ən qadağan olunan məsələ isə, yayda önü açıq olan ayaqqabılarla corabın geyinilməsidir.

Əlavə qeydlər: 

Əgər mağazadan aldığınız paltar, evə gəldikdən sonra bəyənilməyibsə, onu 14 gün ərzində dəyişə və ya qaytara bilərsiniz. Bu zaman ödəniş qəbzinin üzərinizdə olması vacibdir. İstisna yalnız corablara və alt paltarlarınadı. Onları o zaman dəyişə bilərsiniz ki, üzərində hər hansısa bir qüsur olarsa.

Şərhini yaz