Türkiyəni silkələyən “Ayla” filmi Bakıya gəlir

Türkiyənin Oskar namizədi “Ayla” filmi Bakıya gələcək.

Bu barədə Nizami Kinoteatrının kinoişləri üzrə direktor müavini Arzu Əhədova məlumat verib.

O, filmin noyabrın sonu, dekabrın əvvəlində paytaxtda nümayiş etdiriləcəyini bildirib.

Qeyd edək ki, real hadisələr əsasında çəkilən film 1950-ci illərdə ailəsi öldürülmüş koreyalı balaca qızı ölümdən xilas edib 15 ay ərzində ona öz uşağı kimi baxan, müharibə bitdikdən sonra Türkiyəyə dönəndə Ayla adı qoyduğu bu qızdan bir daha xəbər almayan Astsubay Süleyman Dilbirliğinin həyatından bəhs edir.

Baş prodüserliyini Mustafa Uslun, rejissorluğunu isə Can Ulqayın etdiyi filmdə Çetin Tekindor, Taner Birsel, Ali Atay, Büşra Develi, Duyqu Yetiş, Altan Erkekli, Sinem Öztürk Uslu kimi aktyorlar yer alıb. Filmin musiqiləri isə Fahir Atakoğluna aiddir.

Şərhini yaz