Acun TV8-də işçilərinə hansı güzəştləri edir?

Məşhur televiziya mütəxəssisi Acun Ilıcalı TV8-də “Gel Konuşalım” proqramının qonağı olub. O, veriliş boyu maraqlı açıqlamaları ilə diqqət çəkib. Ilıcalı iş həyatıyla bağlı verilən suala belə cavab verib:

“Xoşbəxt, rahat mühitdə çalışmaq və bunu təşkil etmək çox mühümdür. İşlədiyim yerlərdə gördüyüm əskikləri, haqsızlıqları öz televiziyamda etməmək üçün əlimdən gələni əsirgəmirəm. Məsələn, Ramazan ayında işi saat 12-də başlayırıq və 4-də bitir. Yay aylarında cümə günlərini tətil edirik və yeməklərimiz açıq bufet halında olur. Eyni zamanda, işçilərimin idman və hobbilərini reallaşdırmağa çalışıram”.

Şərhini yaz