Dodaq çatlarını sağaldan təbii krem

Dodaqlarınızı soyuq hava və çatlardan qorumaq üçün təbii yollardan istifadə edin. Bu təbii kremi sizə təqdim etməkdə əsas məqsədimiz odur ki, kişilər adətən rəngsiz dodaq boylalarından istifadə etməyə utanır.

Dodaq kremi üçün lazım olanlar:

3 çay qaşığı bal mumu (rəndələnmiş)
1 çay qaşığı bal
30-35 damcı nar suyu
6 çay qaşığı kakos yağı
Krem qabı

Hazırlanması:

Bal mumu və kakos yağını bir qaba tökün və qaynayan suyun buxarında əridin. Daha sonra nar suyunu və balı əlavə edin.
Yaxşıca qarışdırın və təmiz krem qabına yığın. Bu təbii kremi hər gün dodaqlarınıza sürtsəniz, çatlardan xilas olarsınız.

Şərhini yaz