“iPhone X”da yeni funksiya tapıldı

"Apple"ın "iPhone X" smartfonlarında daha öncə açıqlanmamış yeni funksiya aşkarlanıb.

Bunu, "Reddit" internet resursunun istifadəçilərindən biri bildirib. O deyib ki, smartfonda zəngli saatı bir baxışla qoşmaq mümkündür.

İstifadəçi bunu səhər smartfondakı zəngli saatın səsinə oyandıqdan sonra fərq etdiyini söyləyib: "Mən çarpayıdan qalxdım, telefona baxdım və zəngli saat dayandı. Əvvəlcə elə bildim yuxu görürəm".

Maraqlıdır ki, smartfonun bu xüsusiyyəti barədə nə təqdimatda, nə də cihazın təlimatında bəhs edilməyib.

Şərhini yaz