Boşalmanı gecikdirən sprey haqqında nələri bilməliyik?

Erkən boşalma problemi gənc ya da yaşlı fərq etməz hər yaşda kişilərin yaşaya biləcəyi bir problemdir. Amma bu problemi 'gecikdirmək' öz əlinizdədir.
Problemin səbəbi psixoloji və stressə ya da nizamsız əlaqələrə bağlı ola bilər. Erkən boşalma səbəbiylə cütlüklər, cinsi əlaqə əsnasında istənilən təmin və təcrübə səviyyəsinə çatmaya bilər. Bu da cütlüklər arasında anlaşılmamazlığa səbəb olur. Erkən boşalma problemini yaşayan kişi sayı olduqca çoxdur.
Bu problem üçün istifadə edilən gecikdirici spreyə bir nəzər salaq. Gecikdirici spreylər, cinsi əlaqədə boşalma zamanının lazım olduğundan əvvəl olması vəziyyətində istifadə edilərək möhkəmlədən bir məhsuldur. Əslində tərkibində sehrli maddələr, yəni erkən boşalmağı kökündən həll edən komponentlər yoxdur. Yəni bu problemi həmişəlik aradan götürəcək bir məhsul deyil. Məntiqi isə son dərəcə sadədir. Penis başına tətbiq olunan sprey, keyidici bir təsirə malikdir. Bunun sayəsində daha az həssaslıq və təmasın daha az hissi təmin edilər. Bunun xaricində başqa heç bir xüsusiyyəti yoxdur. Sprey tətbiq olunduqdan bir neçə dəqiqə sonra bu funksiya işə düşməyə başlayır.
Erkən boşalma probleminin əslində bilinən ən məşhur və qısa davamlı həllərindən biri, gecikdirici spreylərdir. Bu məhsullarda yan təsir olmadığı deyilir. Lakin üstünlük edəcəyiniz məhsulları bildiyiniz və etibar etdiyiniz bir aptekdən almaq yenə də sizin lehinizə olacaqdır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.