"Real"ın futbolçusu Beyonsu toyuna gətirəcək

"Real Madrid"in futbolçusu Qaret Beylin menecerləri məşhur pop ulduz Beyonsla danışıqlar aparır. Beylin Emma Ris-Consla 2018-ci ildə baş tutacaq toy mərasimində oxumaq üçün amerikalı müğənni 1.5 milyon funt qonorar istəyir. Toyun vaxtı daha əvvəlki tarixə salınmışdı. Amma Beylin qaynatası dələduzluq ittihamı ilə ABŞ-da həbs olunduğundan bu əlamətdar hadisənin tarixi növbəti ilin yazında çəkilib. Mərasim İtaliyada baş tutacaq. "Real"da həftədə 300 min funt qazanan Beyl Beyonsun istədiyi məbləği ödəmək iqtidarındadır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.