40 yaşdan sonra da bədən yığmaq olar

Darren Börd "əh, belə də yaxşıdır" deyibən yaşamağa davam edənlərdən deyil və bunun sayəsində indi atletik bədən quruluşlu birinə çevrilib.

İngiltərənin Bornmut şəhərində yaşayan Darren Börd 47 yaşındadır. Bu ilin mayında onun daha bir övladı doğulub.

Sonbeşiyi üçün sağlam, gümrah ata olmaq üçün Darren idmanla məşğul olmaq qərarına gəlib.

İnşaatda çalışan D.Börd beləcə, həftədə üç gün işdən fitnes zalına yollanıb, intensiv məşqlər edib.

İndi o, atletik vücuda malikdir.

"Bədənimdəki piyləri iki dəfə azaltdım. Sonbeşiyim üçün sağlam ata olmaq istədim, çünki müayinə zamanı məndə kliniki piylənmə aşkarlandı. Cəmi 12 həftə ərzində bədənimdəki piyləri 30 faizdən 12 faizədək azaltdım", - D.Börd söyləyib.

Darrenin xanımı Sanni də ərinin vücudundakı dəyişikliklərdən çox razıdır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.