Azərbaycanın “Best Model of The World 2017” təmsilçisi bəlli oldu

08-12 dekabr tarixlərində Fransanın paytaxtı Parisdə dünyanın nüfuzlu model yarışmalarından hesab edilən 30-cu “Best Model of The World”də ölkəmizi Elxan Hüseyn təmsil edəcək.

Bu haqda rəsmi məlumatla layihənin Azərbaycan üzrə direktoru Aqil Məmiyev məlumat verib:

“Təmsilçilərimizi təbrik edirəm. Çünki artıq «Best Model of Azerbaijan» 2017 titulu onlara aiddir. Biz dekabr ayının 8-də Parisdə, Azərbaycan komandası ilə birlikdə iştirak edəcəyik.

Modellərimiz hazırda beynəlxalq konkursa ciddi şəkildə hazırlaşır. Hətta təmsilçilərimizin portfolioları ilə tanış olan müsabiqənin dünya üzrə prezidenti Erkan Özərman da onları yüksək qiymətləndirib. Təmsilçimizin boyu 193 sm, yaşı isə 20-dir. Yaxın günlərdə ölkəmizi təmsil edən xanım modeli də sizə təqdim edəcəyəm”.

Qeyd edək ki, Elxan Hüseyn 9 iyul 1997-ci ildə Masallı rayonunda anadan olub. Ali təhsillidir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.