İkinci ər axtaranlar üçün sayt yaradıldı

Türkiyədə ikinci, üçüncü, dördüncü ər axtaranlar üçün internet saytı açılıb.

Sözügedən sayt İngiltərə və İndoneziyadan sonra bu mövzuda açılan dünyadakı üçüncü sayt mövqeyindədir.

ODA TV-nin xəbərinə görə, saytın “haqqımızda” bölməsində “Nisa” surəsindən sitat gətirilərək bu ifadələr işlədilib:

“Türkiyənin ilk, dünyanın üçüncü (İngiltərə və İndoneziyadan sonra), ikinci ər tapma saytına xoş gəlmisiniz. Bütün səmavi dinlərin icazə verdiyi və ölkəmizin mədəniyyətinə uyğun ikinci zövcə qurumu bəzi problemlərin həllidir, yoxsulluq, tənhalıq və fahişəlik kimi… Məqsədimiz insanın bu məsələdə ən doğru seçimi etməsinə yardımçı olmaqdır”.

Şərhini yaz