Evdə edə biləcəyiniz 12 dəqiqəlik ayaq məşqi

Evdə edə biləcəyiniz bu ayaq məşqi üçün heç bir məşqçiyə ehtiyac yoxdur.

Sağlam bir ayaq məşqi üçün ağır məşq proqramlarına ehtiyacınız yoxdur. Sizə təqdim etdiyimiz bu ayaq məşqi, öz bədən ağırlığınıza söykənir.
Bu məşq, 3 fərqli çömbəlmək hərəkətinin (parall, mərhələli, split) qarışığından meydana gəlir. Çətinliklərinə görə dərəcələndirsək, paralel çömbəlmək ən asanı, split çömbəlmək ən çətini və mərhələli çömbəlmək orta səviyyə çətinlikdədir. Hər bir hərəkət, alt gövdə əzələlərinizi fərqli şəkillərdə işlədəcək. Hərəkətlərin diversifikasiyası, qıçlarınızı və ombanızı 3 dəqiqə ərzində dayanmadan işlədəcək.
Təlimatlar:
Hər bir hərəkəti, sırası ilə 30 saniyə ərzində, aralarında heç istirahət etmədən ya da çox az istirahət etməklə edin:
1. Paralel çömbəlmək
2. Mərhələli çömbəlmək Sol qıç qabaqda
3. Split çömbəlmək Sol qıç qabaqda
4. Paralel çömbəlmək
5. Mərhələli çömbəlmək sağ qıç qabaqda
6. Split çömbəlmək, sağ qıç qabaqda
1 dəqiqə dincəlin. Bu, 1 turdur. Ümumi 3-5 tur edin
Ətraflı məlumat üçün bu linkə keçid alıb, videonu izləyə bilərsiniz.  https://www.youtube.com/watch?v=h-n1TTkc62Q

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.