Fredi Merkuri haqqında çəkilən filmin çəkilişləri dayandırılıb

Queen qrupunun lideri haqqında çəkilən filmin, çəkilişləri dayandırılıb. Buna səbəb isə rejissorun çəkilişlərdə iştirak etməməsidir.

Twentieth Century Fox şirkəti baş rolda Rami Malekin çəkildiyi filmin çəkilişlərinin dayandırıldığını rəsmi şəkildə elan edib. Buna səbəb isə filmin rejissoru Brayn Singerin çəkilişlərdə iştirak etməməsidir. Brayn xeyriyyə bayramlarından sonra çəkilişlərə geri dönməyib. BBC-ə verilən məlumata görə rejissorun öz və ailəsinin səhhətində hal-hazırda problemlər var. Bu problemlərin tezliklə aradan qaldırılmasına ümid edirlər.

Bütün bunlara baxmayaraq, Twentieth Century Fox şirkəti filmin təqdimat mərasimini 25 dekabr 2018-ci ildə keçirtmək fikrindədir. Yəni təqdimat tarixini dəyişmək fikrində deyillər.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.