Dünyanın ən bahalı evinə ərəb şahzadəsi sahib oldu

New York Times (NYT) qəzeti Səudiyyəli şahzadə Salmanın Fransada Paris yaxınlığındakı 14-cü Lui Qəsrinin sahibi olduğunu bildirib.

Şahzadə Salmannın 300 milyon dollarlıq dünyanın ən dəyərli evini 2015-ci ildə aldığı ortaya çıxıb.

Qeyd edək ki, o vaxt evi Yaxın Şərqli bir adamın aldığı açıqlanmış, ancaq alıcının kimliyi deyilməmişdi.

Onu da qeyd edək ki, Fortune jurnalının 2015-ci ildə  “dünyanın ən bahalı evi” kimi qiymətləndirdiyi 14-ci Lui Qəsri Versal yaxınlığındakı Louveciennes qəsəbəsində yerləşir.

Qəsrdə kino, açıq və qapalı hovuz, iki mərasim zalı, bir gecə klubu, kitabxana, akvarium və 10 ədəd yataq otağı var.

Şərhini yaz