Volkswagen növbəti nəsil Jetta modelinin yeni tizerlərini dərc edib

Volkswagen şirkəti Jetta sedanının növbəti nəslinin yeni tizerlərini dərc edib. Yeni təsvirlərdə sedan hər tərəfdən görüntülənib. Yeni modelin debütü gələn ilin yanvar ayında keçiriləcək Detroyt avtosalonunda baş tutacaqdır.

Dərc edilən təsvirlərdən də göründüyü kimi, yeni Jetta VW T-Roc krossoverində debüt etmiş dizayn üslubunda görünüşə malik olub. Əslində yeni Jetta modelinin eksteryerinin dizaynı sirr deyildir. Bir müddət bundan öncə, Jetta modelinin cəsuslar tərəfindən çəkilən fotoşəkilləri yayılmışdı.

Şəkillərdə Jetta modelinin amerika bazarı üçün nəzərdə tutulan sadə variantıdır. Bunu rənglənməmiş qapı dəstəklərindən və qara sadə təkər disklərindən bilmək olar. Bu model artıq yeddi il satılan altıncı nəsil Jetta avtomobilini əvəz edəcəkdir.

İlkin məlumata görə, növbəti Jetta modeli MQB modul platformasında yaradılacaq və sələfindən uzun olacaqdır. Amerika bazarı üçün nəzərdə tutulan model 1.4 və 2.0 TSI mühərrikləri ilə təchiz ediləcəkdir. Başqa bazarlarda isə, VW Jetta 1.5 və 1.6-litrlik güc aqreqatları ilə təklif ediləcəkdir.

Mənbə : www.autograph.az

Şərhini yaz