Dünya tarixinin ən bahalı 5 yol cəriməsi

Son zamanlar inzibati xətaların tədbiqi ilə bağlı şərtlər günbəgün sərtləşdirilir. Lakin bütün bunlara baxmayaraq, yenə də bizim yol hərəkəti ilə bağlı olan cərimələrimiz indi danışacağımız mövzuya baxanda, çox-çox yumşaq şərtlərə məxsusdur.

İsveç. Sürət həddini aşmağa görə tədbiq olunan inzibati xəta - 1.000.000 ABŞ dolları

Cərimə məbləğinin tədbiqinə görə dünya rekordu 37 yaşlı İsveç vətəndaşına məxsusdur. Ekskluziv hazırlanmış Mercedes markalı avtobillə sürət həddi 120 olan ərazidə 290 sürətlə hərəkət etmişdir. İsveç də cərimə məbləği sürət həddinin həcminə görə təyin olunur. Eyni zamanda cəriməni tədbiq edən vətəndaşın maliyyə durumu da burada rol oynayır. Cərimənin məbləğindən də görünür ki, vətəndaş adi birilərindən deyil. Məhkəmə qərarından sonra həmin vətəndaş qeyd olunan inzibati xətanı ödəmişdir.

İsveçrə. Sürət həddini aşmağa görə tədbiq olunan inzibati xəta - 290.000 ABŞ dolları

İsveçrə vətəndaşı olan bu milyonçu, Ferrari markalı avtomobillə sürət həddi 80 olan ərazidə 137 sürət ilə avtomobil idarə etmişdir. Yenə də qanun elə qanundur deyərək, bu vətəndaş da vəsaiti ödəməli olmuşdur.

Finlandiya. Sürət həddini aşmağa görə tədbiq olunan inzibati xəta - 170.000 avro

2004-cü ildə milyonçu Yussi Salanoya 80 sürətlə sakitcə avtomobilini idarə edirdi. Amma sən demə həmin küçədə sürət həddi 40 idi. Nəticədə Salanoya 170.000 avro məbləğində cərimələnmişdir. Lakin sonda məhkəmənin qərarına əsasən cərimə məbləği 100.000 avroya endirilmişdir.

Finlandiya. Sürət həddini aşmağa görə tədbiq olunan inzibati xəta - 100.000 avro

2002-ci ildə Nokianın Finlandiya üzrə nümayəndəliyinin direktoru Anssi Vanoki motosikletdə sürət həddini aşdığı üçün 100.000 avro məbləğində cərimlənmişdir. Sürət həddi cəmi 25 km/saat-da aşılmışdır. Yəni həmin ərazidə sürət həddi 50 idi. Lakin Vanoki həmin ərazidə motosikleti 75 km/saat sürəti ilə idarə edirdi.

BƏƏ. Sürət həddini aşmağa görə tədbiq olunan inzibati xəta - 12.295 ABŞ dolları

Adı açıqlanmayan, BƏƏ vətəndaşı 5 dəqiqə ərzində sürət həddini aşmağa görə 12 inzibati xəta törətmişdir. 5 inzibati xətaya görə vətəndaş 12.295 ABŞ dolları ödəmişdir. O, bu cərimələri törətməsini gedəcəyi məkana tələsməyi ilə izah etmişdir. Onun avtomobil idarə etmə hüququ 1 il müddətinə əlindən alınmışdır.

Şərhini yaz