Qaçışa başlamaq üçün 9 səbəb

Qaçışa başlamaq üçün 9 səbəbi sizə təqdim edirik.

  1. Qaçış ürək əzələlərini məşq etdirir. Buda o deməkdir ki, qaçış sayəsində sizin ürəyiniz daha sağlam olacaq.
  2. Qaçış ürəyə gedən oksigenin miqdarını artırır. Bunun sayəsində də ürəyə daha çox qan axışı olur.
  3. Qaçış sinir sistemini yaxşılaşdırır. Stress və yorğunluq gün ərzində bədəndə toplanır. Qaçış sayəsində siz bundan azad olmuş olacaqsınız.
  4. Qaçış sizdə "xoşbəxtlik hormonlarını" yaradır.
  5. Qaçış beyinin inkişafını yaxşılaşdırır. Tək qaçdığınız zaman, sizin beyninizə əlavə fikirlər gələ bilər.
  6. Mütəmadi qaçışla məşğul olmaq sizin immuniteti gücləndirir.
  7. Günün istənilən vaxtı qaçışla məşğul olmaq olar. Səhər qaçışı qanın bədəndə yaxşı paylanmasını təmin edir. Axşam qaçışı isə yorğunluğu aradan qaldırır.
  8. Qaçış böyrəkdəki yorğunluğu və ağırlığı aradan qaldırır. Bunun sayəsində böyrəkləriniz daha funksional işləyir.
  9. Qaçış yaşlı insanlarda sümüklərin bərkiməsinə kömək olur.

Keçmişdə belə bir deyim vardı : " Sağlam olmaq istəyirsənsə qaç, gözəl olmaq istəyirsənsə qaç, ağıllı olmaq istəyirsənsə yenə də qaç."

Şərhini yaz