“Fi” sevənlərə pis xəbər

Ötən mövsüm Puhu TV-də yayımlanmağa başlayan “Fi” serialı ilə bağlı hadisə baş verib.

Fi, Çi, Pi seriyasının müəllifi Azra Kohen serialın bu mövsüm bitirilməsi üçün qərar aldıqlarını deyib.

Kohen normalda 4 mövsüm davam etməsi gərəkən Fi, Çi, Pi seriyasının 2-ci mövsümdə bitirilməsi qərara aldığını açıqlayıb:

“İnsanlar oturduğum yerdən çox gözəl pul əldə etdiyimizi düşünə bilər. Məqsədim heç vaxt bir şey qazanmaq olmadı. Bir şey yanlış getdiyi zaman dayandırmaq üçün əlimdən gələni edirəm”.

Qeyd edək ki, baş rollarını Serenay Sarıkaya, Ozan Güven, Mehmet Günsür, Büşra Develi və Berrak Tüzünataçın yer aldığı Fi serialı bu mövsüm Çi olaraq yayımlanır.

Şərhini yaz