Kristian Ronaldo həbs ediləcək?

“Real Madrid” klubunun ulduz futbolçusu Kristian Ronaldonun vergidən yayındığına görə həbs edilməsi tələb edilib.

Xəzinə Müşaviri Caridad Gomez Mourelo 7 dekabr günü işlə bağlı mütəxəssis olaraq verdiyi ifadədə, Ronaldonun həbs edilməsinin vacib olduğunu bildirib.

Qeyd edək ki, “Real Madrid”də forma geyinən portuqaliyalı futbolçu Kristian Ronaldo vergidən yayındığı iddiasıyla məhkəməyə verilmişdi.

Futbolçunun ümumilikdə 14,75 milyon avro vergidən yayındığı bildirilib.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.