Samsung iPhone X-in satışlarından sərvət qazanır

Apple və Samsung ağıllı telefon sektorundakı ən böyük rəqiblər kimi qiymətləndirilir.

Ancaq bu vəziyyət iki şirkətin müqavilələr bağlamasına mane deyil.

Samsungun istehsal etdiyi OLED ekranlar Apple tərəfindən də alınır.

Gələn il satışa təqdim olunacaq iPhone X Plus modeli üçün də OLED ekran istifadə etməyi planlaşdıran Apple Samsunga 200 milyon OLED ekran sifarişi verəcək.

The Investor tərəfindən yayımlanan hesabata görə, Samsung bu satışdan təxminən 22 milyard dollar gəlir əldə edəcək.

Şərhini yaz