Həyatın 40 qızıl qaydası

Həyatın 40 qızıl qaydası:

1- Ucuz avtomobildən istifadə et, amma ala biləcəyin ən gözəl evi al.

2- Maraqlı üç lətifə öyrən.

3- Sevinclərini heç vaxt təxirə salma.

4- Həyat yoldaşını çox yaxşı seç. Çünki bu seçim xoşbəxtliyinin və ya bədbəxtliyinin 90%-ni meydana gətirər.

5- Hər gün 30 dəqiqə piyada gəz.

6- Hər yeməkdən əvvəl şükr et.

7- Bir yoldaşına sirrini açmazdan əvvəl iki dəfə düşün.

8- Maaşını verən şəxsləri heç vaxt tənqid etmə.

9- İtirəcək şeyləri olmayan insanlardan qorx.

10- Gözünün qarşısında həmişə gözəl şeylər saxla.

11- Uşaqların, adət sözünü eşitdiklərində Səni xatırlayacağı şəkildə yaşa.

12- Dininə aid kitabı tam mənasıyla oxumaq üçün özünə bir il vaxt ver.

13- Özünü və başqalarını bağışlamağı bil.

14- İlkin tibbi yardımı öyrən.

15- Biri səni qucaqladığında, ilk buraxan sən olma.

16- Hər gün 8 stəkan suyunu içməyi unutma.

17- Səni sevən insanları qoru.

18- Çətin də olsa ailənlə tətil etmək üçün əlindən gələni et. Bu tətildəki anlar, həyatının qiymətli anlarından olacaq.

19- Özünə edilməsini istəmədiyin heç bir şeyi başqalarına etmə.

20- Müvəffəqiyyətə, daxili rahatlığa qovuşduğun, sağlam olduğun və sevildiyin zamanı qiymətləndir.

21- Yaxşı və müvəffəqiyyətli bir evliliyin iki şeyə bağlı olduğunu unutma: Birincisi doğru insanı tapmaq, ikincisi doğru insan olmaq.

22- Valideynlərini, həyat yoldaşını və uşaqlarını tənqid etmək istədiyin zaman dilini dişlə.

23- Xoşagəlməz olmayacaq şəkildə ayrı fikirdə olmağı öyrən.

24- Cəsarətli ol, həyatına çevrilib baxdığında etdiklərin üçün deyil, etmədiklərin üçün kədərlənəcəksən.

25- Çox mükəmməl deyə dəyərləndirdiyin bir fikrə başqasının maneə törətməsinə icazə vermə.

26- Kefsizliyini hiss etdirmə.

27- Necə bir duyğu olduğunu öyrənmək üçün, 24 saat heç kimi və heç nəyi tənqid etmə.

28- Evliliyini gözəlləşdirmək üçün hər gün bir şeylər et.

29- Yaxşılıq dolu bir sözü və yaxşılığın təsirini əsla kiçik hesab etmə.

30- Uşaqların haqqında başqalarına yaxşı bir şeylər danışarkən, qoy uşaqlar da eşitsin.

31- Güc, sahib olduğun mallarla əlaqədar deyil. Unutma!!!

32- Uşaqlarını anlamağa çalış, danlamağa yox.

33- Qələm və bloknotunu daim yanında gəzdir.

34- Zaman və sözləri boş yerə xərcləmə, ikisi də çox qiymətlidir.

35- İnsanların etdikləri mənfi şeyləri deyil, irəlidə edəcəklərini düşün.

36- Səndən az vә ya çox pulu olanlarla, pulun haqqında danışma.

37- Bir şeyi əldə etmək üçün çox səy sərf etdinsə, dadını çıxarmaq üçün zaman ayır.

38- Birinin qəhrəmanı ol.

39- Nəyi və kimi dəstəklədiyini insanlara söylə.

40- Yalnız sevgi üçün evlən

Şərhini yaz