2017-ci ilin ən yaxşı smartfonu seçildi

"Phone Arena" nəşri oxucuların sorğusu əsasında 2017-ci ilin ən yaxşı smartfonunu müəyyənləşdirib.

"Samsung Galaxy Note 8" 2017-ci ilin ən yaxşı smartfonu elan edilib. 868 istifadəçi (sorğu iştirakçılarının 20,5%-i) bu telefona səs verib.

656 səs toplamış "iPhone X" smartfonu ikinci yeri tutub.

378 istifadəçi səsi toplamış "LG V30" aparatı üçüncü yerə layiq görülüb. "Samsung Galaxy S8" və "OnePlus 5T" smartfonları 20 səs az toplayıblar.

"Google Pixel 2 XL", "Samsung Galaxy S8+", "Sony Xperia XZ Premium" və "Huawei Mate 10 Pro"smartfonları reytinqdə aşağı yerləri tutublar.

Səsvermədə 4241 istifadəçi iştirak edib.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.