Devid Bekham yeni brendini təqdim etməyə hazırlaşır

Bu brend geyim brendi deyil, kosmetika brendidir. Əlbəttə ki, kişilər üçün.

21 ədəd yeni məhsullar L’Oréal Luxe labaratoriyasında Devid Bekhamın iştirakı ilə hazırlanmışdır.

Bu siyahıya saqqal və saç üçün balzamlar, üz üçün nəmləndirici kremlər, hətta döymələr üçün olan kremlər də daxildir.

Məhsullar 1 fevral tarixindən etibarən London şəhərində yalnız Harvey Nichols-da satışa çıxarılacaq. Mart ayından etibarən isə daha 19 ölkədə müştərilər üçün əl çatan olacaq. Ümid edək ki, Azərbaycan da bu 19 ölkə arasında olacaq.

Məhsulların bir neçəsinin fotolarını sizə təqdim edirik.

Şərhini yaz