Kürəyinizdəki 6 əzələ

Arxadan mükəmməl görünmək üçün işə başlayın.

Yaz ayları artıq yaxınlaşır. Yəqin ki, bu aralar qarın əzələlərinizə fikir verməyə başlamısınız. Amma çimərlikdə gedərkən həm öndən, həm də arxadan gözəl görünmək üçün, aynada görə bilmədiyiniz əzələlərə da fokuslanmaq lazımdır. Ona görə də, indi kürək əzələlərini işlətmək vaxtıdır. Bunun üçün qeyd etdiyimiz bu 3 məşqi edin.
Deadlift
Önə əyilib dizləri bükərək, ştanqı üstdən qavrayın. Qollarınızı çiyin genişliyində açın. Ayaqlarınızı yerə yaxşıca basdıraraq ombanızı önə doğru itələyin. Kürəyinizi düz tutaraq ştanqla birlikdə ayağa qalxın. Ardından ştanqı bədəninizə yaxın tutaraq alçaldın. Hərəkəti 3-5 təkrardan 3-5 set şəklində edin.

FARMER'S WALK

Ağır qantelləri daşımaq Trapez əzələlərini böyütmənin və gücünüzü artırmanın ən yaxşı yoludur. Əlinizə bir qantel alıb 1 dəqiqə və ya 90 metr gəzmək lazımdır. Hərəkəti mümkün olan ən yüksək ağırlıqla edin (mümkünsə bədən ağırlığınızın yarısına bərabər olan qantellərlə). Ümumi olaraq 3 set edin.

Kettlebell SWING
Bu hərəkət böyük bir nəticə verən hərəkətdir. Belinizi düz tutaraq əlinidə olan daşı geriyə doğru itələyin. Bu sırada kettlebell'i qıçlarınızın arasına alın. Ardından ombanızı önə doğru itələyərək ağırlığı çiyin səviyyənizə qədər qaldırın. Hərəkəti 30 saniyədən 10 set şəklində edin. Set aralarında 30 saniyə dincəlin.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.