30 yaşlılıara 40 yaşlılardan 9 məsləhət

"Əgər mən 10 il geriyə qayıda bilsəydim, mən yalnız sağlam qidalar qəbul edərdim və dayanmadan idmanla məşğul olardım".

Yazıçı və bloger Mark Mensen səhifəsinə üzv olan 37 yaşdan yuxarı kişilərə müraciət edərək, 10 il keçmişə qayıda bilsəydilər həyatlarında nələri etmək istərdilər deyə sual vermişdir. Bütün cavabları bir yerə toplayaraq, mark bir məqalə hazırmaq qərarına gəldi. Beləliklə 40 yaşlıların 30 yaşlılara olan 9 məsləhətini sizinlə paylaşırıq.

  1. Öz sağlamlığınız barəsində indidən düşünün. Çünki beyin yaşınız hər zaman bədən yaşından 10-15 yaş cavan olur. 10 il sonra siz öz sağlamlığınız barəsində düşünəndə artıq gec olacaq. Ona görə də bu hadisəni uzatmaq üçün sağlamlığınız haqqında indidən düşünün.
  2. Sizinlə pis rəftar edən insanlarla dostluq etməyin. İnsanlara "YOX" deməyi bacarın. Sizinlə yaxşı rəftar etməyən insanlara dözmək məcburiyyətində deyilsiniz.
  3. Sizin üçün özəl olan insanlarla xoş rəftar edin. Əsas olan insan adam olun. İnsanlar pis günlərində sizi özünə dayaq bilsin. Onların yanında olun, onları dinləyin və onları müzakirə etməyin.
  4. Həyatda hər istədiyinizə nail ola bilməzsiniz. Çalışın sizdə yaxşı alınan şeyləri edin. Nədənsə keçməlisiniz ki, digərini əldə edəsiniz. Eyni zamanda hər iki şeyə sahib olmaq mümkünsüzdür.
  5. Risk etməkdən çəkinməyin. Çoxları düşünür ki, 30 yaşdan sonra artıq bu qorxuludur. Lakin əslində bu belə deyil. Sən hər zaman yeniliklər edə bilərsən. Əsas olan bunu istəməyin və buna hazır olmağındır.
  6. Sən hər zaman böyüməlisən və öz üzərində işləməlisən. 30 yaşdan sonra çoxları bunu etmir. Amma özünü inkişaf etdirmək hər yaşda sizə lazımdır.
  7. Çox insan nə etdiyini anlamır. Əgər siz ölməmisinizsə, yaşayırsınızsa 5 il sonra həyatınızda nəyin necə dəyişəcəyini bilməyəcəksiniz. Gəlcəyə qarşı planlar quranda bir az ehtiyyatlı olun.
  8. Ailənizə vaxt ayırın. Onlar buna layiqdirlər. Valideynlərinizə daha çox vaxt ayırın.
  9. Özünüzə qayğı ilə yanaşın. Siz buna layiqsiniz. Bir az eqoist olun. Özünüzə xoş bildiyiniz hər şeyi edin. Özünüz haqqında sizdən çox düşünən olmayacaq.

Şərhini yaz