Facebook tamamilə dəyişəcək

Ən mühüm sosial şəbəkə platforması sayılan Facebookun qurucusu Mark Zukerberq çox önəmli xəbər yayıb.

O, Facebookda hər şeyin tamamilə dəyişəcəyini bildirib.

Facebookda son dövrlərdə bir çox istifadəçinin şikayət etdiyi  reklam sahəsində yeniliklər olacaq.

Məsələ ilə bağlı Facebook səhifəsində paylaşım edən Zukerberq bunları deyib:

“İstifadəçilərdən reklam, informasiya və təqdimatların, xəbər mənbəyi səhifəsindəki xüsusi paylaşımları görünməz etdiyi barədə bildirişlər aldıq. Verdiyimiz xidmətin yalnız əyləncə məqsədli olmaması, eyni zamanda insanların xoşbəxtliyi yönümlü olmasının məsuliyyətini hiss edirik. Passiv bir şəkildə məqalə oxumaq ya da video izləmək hər nə qədər əyləncəli olsa da, insan üçün yaxşı olmaya da bilər. Buna görə də Facebookda əhəmiyyətli bir dəyişiklik edəcəyik”.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.