Nə qədər uzun müddətli sevişirsiniz?

Düşündüyünüzün əksinə bir çox cütlüklər yataqda çox uzun vaxt keçirmir.

Siz də yataqda kifayət qədər uzun müddət dayana bilmədiyiniz üçün narahatlılıq keçirirsinizmi? Seks oyuncağı və seks təklifləri tətbiqi Lovely-ə görə əslində çox cütlük sizin düşündüyünüz kimi saatlarla sevişmir. Şirkətin, 432 cütlüyü və 2000-dən çox cinsi əlaqədən əldə etdiyi məlumatlara görə ortalama bir cütlük üçün seks yalnız 12 dəqiqə davam edir.
Bəziləri üçün bu müddət 19 dəqiqəyə qədər arta bilir və bunun sonunda həqiqətən təmin olunduqlarını söylədilər. Bəziləri isə cinsi həyatlarından məmnun olmalarının yanında bir sonrakı səfərdə bir şeyləri dəyişdirmək istədiklərini dilə gətirdilər. Bunu söyləyənlər ortalama 7 dəqiqə sevişmişdi.
Lovely yalnız ən sevilən seks mövqelərinə və ortalama bir sevişmənin nə qədər davam etdiyinə baxdığı üçün, təbii ki, bu nəticələr hər kəs üçün etibarlı deyil. Oral seks və yaxınlıq kimi partnyorunuzun daha tez boşalmasına kömək edəcək digər bir çox faktor nəzərə alınmadı.
Yenə də 12 dəqiqə olduqca qısa bir müddətdir. Amma çox qadının 12 dəqiqədən daha çoxuna ehtiyac duyduğunu araşdırmalar söyləyir.
Məsələn, Chapman Universitetində edilən ən son araşdırmaya görə heteroseksual qadınlar 30 dəqiqənin altındakı sevişməyə (müddət ön sevişmədən etibarən işləyir) daha az sıxlıqla orgazm olmağa meyilli olurlar.
Lovely-nin təqdim etdiyi məlumatlar isə bu 12 dəqiqənin ön sevişməni keçib, ehtiva etmədiyini bildirmir və əslində bütün fərq burada yatır. Doktor Debby Herbenick-ə görə bunun səbəbi ön sevişmənin xəbərdar edilməyi artırması və bu səbəbdən partnyorunuzun daha asan boşalmasını təmin etməsidir.

Şərhini yaz