Diş fırçalarını əvvəlki vəziyyətlərinə necə qaytarmaq olar?

1 dəqiqənin içərisində diş fırçalarınızı öz köhnə halına geri qaytara bilərsiniz.

Şəxsi gigiyena üçün diş fırçalarını 3-6 aydan bir dəyişdirməli olduğumuzu bilirik. Lakin bəzən elə hallar olur ki, diş fırçasını bir həftə işlətmirik və onun vəziyyəti dəyişir və yararsız hala düşür. Yararsız halda olan diş fırçası ilə dişlərimizi təmizləsək də, faydası olmayacaq. Belə olduğu halda diş fırçasını dəyişməyə tələsməyin.

Diş fırçanızın yenidən bərpa olunması mümkündür. Bunun çox sadə yolu var.

Diş fırçasını əvvəlki hala qaytarmaq üçün sizə lazım olanları qeyd edin :

  1. Suyu qaynatmaq üçün çaydan.
  2. Dəmir və ya plasmas qab.
  3. Bunları etmək üçün bir neçə dəqiqə.

İlkin olaraq suyu qaynadın və dərhal qaynanmış qaynar suyu dərin bir qaba boşaldın. Qab nə qədər dərin olsa bir o qədər yaxşıdır.

Daha sonra diş fırçasını götürün, tutacağından tutaraq, başlığını suya daxil edin. Daha sonra dairəvi halqalar formasında diş fırçasını suda fırladın. Bunu bir dəqiqə ərzində edin və diş fırçasının dıyişilməsinə nəzər yetirin.

Bir neçə dəqiqədən sonra fərqi görə biləcəksiniz.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.