Muraz İsayevin transformasiyası

Adem.Az saytı olaraq, bu dəfə biz sizə bir gəncin 1 il ərzində sahib olduğu dəyişiklikdən danışacağıq. Bəli, bizim digər gənclərə örnək ola biləcək bir gəncimiz var. Hansı ki, qarşısına məqsəd qoyaraq, 1 il ərzində öz iradəsi ilə məşq edərək gözəl bir bədənə sahib olmuşdur.

Bu dəfə sizə danışacağımız gəncin 25 yaşı var. O, Muraz İsayevdir. Qarşısına məqsəd qoyub və heç bir fitness məşqçisinin köməyi olmadan 1 il ərzində gözəl bir bədənə sahib olmuşdur.

1 il ərzində qidalanması : 

Bu müddət ərzində əsasən yumurta, yulaf, toyuğun sinə əti (soyutma), süd və süd məhsulları, göyərti, meyvə və düyü kimi rasionlarla qidalanmışdır.

İçki olaraq isə su və qəhvədən başqa demək olar ki, heç nə qəbul etməyib. Gündəlik ən azı 2.5-3 litr su qəbul edirdi.

Qeyd : Qidalanma zamanı ağır və xəmir yeməklərindən imtina etmişdir. Axşam saat 19:00-dan sonra isə meyvə yeməməyə çalışmışdır. Çünki meyvə yedikdə axşam saatlarında onun şəkərə çevrilməsi daha üstündür.

Qidalanma gündə 4-5 dəfə idi. 3-4 saatdan bir. Yatmazdan 3 saat əvvəl isə heç nə yeməməyə çalışırdı.

1 illik məşq proqramı :

1-ci gün - sinə və qol arxası (triceps)

2-ci gün - kürək və bel məşqi

3-cü gün istirahət

4-cü gün - çiyinlər və biceps

5-ci gün - ayaqların məşqi

6-cı gün istirahət

Bazar günü istirahət.

Qeyd : Məşqlər həftənin 4 günü davam edirdi. Hər məşq isə ən azı 2-2.5 saat davam edirdi. Hər əzələ üçün məşqdə 4-5 hərəkət edilirdi. Hər hərəkət 4 set və 8-12 təkrardan ibarət idi.

Muraz bəy məşqə başlayan zaman 24 yaşında idi və 58 kq çəkiyə sahib idi. Bir ilin tamaında isə 67 kq çəkiyə sahib idi. 24 yaşına kimi siə heç bir məşq proseslərində iştirak etməmişdir.

Ən əsası onu da qeyd edək ki, bu bir il ərzində Muraz bəy heç bir suni qidalardan və əlavə proteinlərdən istifadə etməmişdir.

Necə deyərlər istək olan yerdə, hər şeyə nail olmaq olar.

Şərhini yaz