Mən öz həyat yoldaşıma kömək etmirəm

Bu dəfə sizinlə çox ibrətamiz bir hekayəni palyaşmaq qərarına gəldik.

"Bir dəfə bir dostum çay içmək üçün bizə qonaq gəldi. Biz oturduq və bir az həyatdan söhbətləşdik.  Söhbətimiz zamanı mən qalxdım və qabları yuyum gələcəm dedim".

Həmin anda dostum mənə elə baxdı ki, elə bil mən dedim ki, gedirəm kosmik raket hazırlamağa. Asta səslə dostum dedi ki, mən sənin yerinə çox şadam ki, sən həyat yoldaşına köməklik göstərirsən. Çünki mən bir neçə dəfə bunu etdim, lakin həyat yoldaşım buna görə mənə təşəkkür etmədi.

Mən qayıdıb yerimə oturdum və dostuma dedim ki, mən həyat yoldaşıma kömək etmirəm. Onun buna heç ehtiyacı da yoxdur. Həyat yoldaşıma köməkçi lazım deyil, ona partnor lazımdır. Eyni zamanda ev işlərin görmək, kömək etmək deyil. Bu bizim gündəlik vəzifələrimizdir.

Mən ev işlərində həyat yoldaşıma kömək etmirəm, çünki mənim özüm də bu evdə yaşayıram.

Mən yemək bişirməkdə həyat yoldaşıma kömək etmirəm, çünki məndə o yeməkdən yeyirəm.

Mən yeməkdən sonra qabları yumaqda həyat yoldaşıma kömək etmirəm, çünki o qablardan mən də istifadə edirəm.

Mən uşaqlarla bağlı həyat yoldaşıma kömək etmirəm, çünki o uşaqların mən də valideyiniyəm.

Mən bu evin köməkçisi deyiləm, mən bu evin bir hissəsiyəm.

O ki, qaldı təşəkkür məsələsinə, son dəfə qabları yuyandan sonra, paltarları ütüləyəndən sonra və s. ev işləri görəndən sonra sən xanımına nə zaman təşəkkür etmisən?

Bunlar sənən boş fikirlər kimi gəlirmi? Ev işlərinin hamısının qadınlara aid olduğunu düşünmək səhv fikirdir.

Həyatda əsl dəyişikliklər ilk olaraq bizim evimizdən başlayır. Bunları unutma dostum!!!

Ted Edvards...

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.