Müasir etiket qaydaları

Etiket - özünü daha yaxşı apardığın vaxtdır.

Müasir dövrdə etiket qaydalarını bilməmək, küləyə tüpürməyə bərabərdir. Çox təəssüf ki, çoxları etiket qaydalarına riayət etməyi boğazdan yuxarı kimi qəbul edirlər. Çox insanlar unudur ki, kobud olmaq da. eyni ilə boğazdan yuxarı biri olmanızı aşılaya bilər.

Əslində etiket qaydalarının əsasları çox asandır. Bu nitq mədəniyyəti, qayğıkeş olma, gözəl xarici görünüş və emosialarını idarə edə bilməkdir. Bütün bu xüsusiyyətlər, həm kişilərə, həm də qadınlara aiddir.

Əgər siz "Mən sizi dəvət edirəm" cümləsini işlətmisinizsə, o zaman hesabı siz ödəməlisiniz. "Gəlin restorana gedək" dedinizsə, o zaman hərə öz hesabını ödəməlidir. Belə olduğu halda kişi hesabı vermək istəyirsə, o zaman qadından icazə almalıdır.

Heç bir zaman zəng etmədən qonaq getməyin. Əgər sizi xəbərdar etmədən qonaq gəliblərsə, o zaman həmin qonağı xalatda da qarşılaya bilərsiniz.

İctimai yerlərdə heç bir zaman telefonunuzu stola qoymayın. Belə olduğu halda telefonun sizin həyatınızda nə qədər rol oynadığını göstərmiş olacaqsınız və bununla da qonaqların sizə maraqsız olduğunu bildirmiş olacaqsınız.

Əgər qadını görüşə dəvət edirsənsə, bunu sms vasitəsi ilə etməməlisən. Bunun üçün zəng edib, onu görüşə dəvət etməlisən.

Kişi heç bir zaman qadın çantası daşımamlıdır. Eyni zamanda onun paltosunu, ancaq soyunma-geyinmə otağına qədər apara bilər.

Əgər sizin yanınızdakı xanım yolda tanımadığınız insanla salamlaşdısa, eyni salamı ilk olaraq sizdə verməlisiniz.

Çoxları düşünür ki, suçini çubuqlarla yemək lazımdır. Əslində bu düzgün qayda deyil. Qadınlardan fərqli olaraq, kişilər suşini əllə də yeyə bilərlər.

Ayaqqabılarınız hər zaman təmiz olmalıdır.

Telefonla boş danışıqlar etməyin.

Əgər sizi təhqir ediblərsə, ehtiyac yoxdur ki, siz də onu təhqir edib, səsinizi yüksəldəsiniz. Gülümsəyin və onu sıralarınızdan uzaqlaşdırın. Onun səviyyəsinə enmək lazım deyil.

Küçədə kişi qadının solunda getməlidir. Sağdan ancaq hərbiçilər gedə bilər. Onlar hər an hərbi salamlaşma edə bilərlər.

Sürücülər mütləq şəkildə bunu bilməlidirlər ki, avtomobil sürən zaman heç kimin üstünü palçıq etmək olmaz. Bu tərbiyəsizlikdir.

6 şeyi sirr saxlamaq lazımdır : yaş, imkan, dualar, dərman siyahısı, sevgi münasibəti, hədiyyə.

Kinoda, teatrda öz yerində əyləşəcəksənsə, mütləq şəkildə üzü oturanlara tərəf hərəkət etməlisən. İlk olaraq kişilər keçməlidir.

Restorana ilk olaraq kişi daxil olmalıdır. O, restorandakı vəziyyəti ilkin olaraq dəyərləndirməlidir.

Qadına toxunan zaman onun istəyinin olub olmaması mütləqdir. icazəsiz əlindən tutmaq olmaz.

Ətirdən ifrat dərəcədə istifadə etməyin. əgər ətrinin iyini sən özün hiss edirsənsə, o zaman, ətrafdakılar demək ki, boğulur.

Qadın olan məkanda, kişilər yalnız icazə alaraq. siqaret çəkə bilər.

Hansı vəzifə sahibi olmanızdan asılı olmayaraq, məkana daxil olan zaman ilk siz salam verin.

Ailə üzvlərinizin cibini yoxlamayın və telefonuna daxil olan sms və zənglərə baxmayın. Bu yaxşı iş deyil. Əslində onun fikirlərində aldatmaq varsa, o smsləri oxusanızda edəcək. Ən gözəli özünüzə hörmət etməyinizdir.

Dəb arxasınca qaçmaq lazım deyil. Ən yaxşısı gözəl görünməkdir.

Bərkdən gülmək və ucadan danışmaq, tərbiyəsizlikdir.

Sizə yaxın olan insanlara təşəkkür etməyi unutmayın.

Şərhini yaz