Samsung Galaxy On7 Prime smartfonu hazırlanıb

"Samsung" şirkəti 17 yanvar 2018-ci il tarixində "Galaxy On7 Prime" smartfonu nümayiş etdirilib.

Bundan əvvəl yayılmış məlumat sızmalarına görə, metal korpusla təchiz edilmiş "Samsung Galaxy On7 Prime" smartfonunda barmaq izləri skaneri "Home" düyməsinə inteqrasiya edilib. Sözügedən aparat "Full HD"  (1920x 1080 piksel) təsvir ölçülü 5,5 düymlük ekran, f/1.9 aperturalı 13 meqapiksellik ön və əsas kameralarla təchiz edilib.

Smartfon, həmçinin səkkiznüvəli "Exynos 7870" prosessoru, 3 və ya 4 QB-lıq əməli yaddaş, 32/64 QB-lıq daxili fləş yaddaşla (microSD formatlı kartın köməyi ilə daxili yaddaşı artırmaq mümkündür) təchiz edilib. 2 ədəd SİM kart dəstəklənir, "4G VoLTE", "Wi-Fi" (802.11 b/g/n), "Bluetooth 4.1", "GPS" simsiz kommunikasiya vasitələri əlçatandır. Smartfon "Android 7.1.1 Nougat" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.