Düzgün geyinmə tərzi və gözəl paylaşımları, onların səhifələrinə üzv olanların sayını günbəgün artırır. Bu dəfə biz heç bir əcnəbidən danışmayacağıq. Yalnız öz yerli 5 məşhurumuz haqqında danışacağıq. Çünki onlar buna layiqdirlər.
- Fuad Hacıyev - 18.300 səhifəsinə üzv olan var.
İnstagram adı - @fuadcherniy
Dəbli və fərqli t-shirt-ları ilk olaraq onun tərzində görmək olar. Hər zaman olduğu kimi geyimləri ilə dəbdən geridə qalmır. Səhifəsinə üzv olanların sayının günbəgün artmasına səbəb isə maraqlı geyim tərzi və maraqlı məkanlardan olan fotolarıdır.
2. Rüfət İsmayıl - 21.500 səhifəsinə üzv olan var.
İnstagram adı - @rufat_ismayil
Dəb mövzusuna gəldiyimiz zaman, onun haqqında danışmamağımız günah olardı. Çünki Rüfət bəy dəbin nə olduğunu yaxşı bilir və bunun sayəsində də hər zaman dəbli və zövqlü görünür.
3. Azad Şabanov - 22.200 səhifəsinə üzv olan var.
İnstagram adı @shabanovazad
Hər zaman səliqəli görünməyi sevən Azad şabanov da bizim tərtib etdiyimiz reytinqdə yer alıb. Azad Şabanov hər zaman əyninə düzgün oturan geyimləri seçim edir və bu da onu çox dəbli göstərir.
4. Rəvan Bağırov - 31.700 səhifəsinə üzv olan var.
İnstagram adı - @ravanbaghirov
Səhər şouları arasında ən baxımlı şounun aparıcılarından biri olan Rəvan Bağırovu dəb mövzusunda unutmaq olmazdı. Hər zaman fərqli seçimləri ilə göz oxşamağı bacarır.
5. Zamiq Hüseynov - 167.000 səhifəsinə üzv olan var.
İnstagram adı - @zamighuseynov
Son zamanların ən dəbli kişi ifaçısı adını daşıyan Zamiq Hüseynov da bizim siyahıda yer alıb. İfaçının seçimləri hər zaman olduğu kimi yüksək balla dəyərləndirilə bilər.