Üz dərisinə qış aylarında necə qulluq edək?

Yanvar ayı qışın lap kəskin olduğu aydır. Belə olduğu halda havaya çıxıb, sərt və şaxtalı küləklə üz-üzə qalırsan. Bu zaman üz dərini şaxtadan qorumaq lazımdır. Bu işdə isə bizim sizə bir neçə məsləhətlərimiz olacaq.

Qış aylarında sizin üz dərinizlə nə baş verir?

Dərinin əsas funksiyası qoruyucu funksiyasına sahib olmasıdır. Onun qoruyucu funksiyasının itməməsi üçünsə ona düzgün qulluq etmək lazımdır.

Dərini qış aylarında qorumasan o quruya bilər və qızartılar yarana bilər. Dərini qorumaq üçünsə sənə 3 şey lazımdır: dərini yüngül təmizləmə, nəmləndirmə və küləkdən qorumaq.

Dərinin təmizlənməsi :

Qış aylarında dərini təmizləmək üçün, yumşaq məhsullardan istfadə etmək lazımdır ki, dəri zədələnməsin və onda olan yağ qatı itməsin. Əsas etibarilə quru dərilər üçün olan məhsullardan istifadə edin. Üzünüzü çox isti suyla da yumayın ki, yağ qatı yuyulub getməsin üzdən.

Nəmləndirmə :

Küləkdən və şəhərin tozundan üz dərisi quruya bilər. Bunun qarşısını almaq üçün isə, gündə 2 dəfə nəmləndirici kremlərdən istifadə etmək lazımdır.

Qoruma :

Əgər dəri qıcıqlanırsa, deməli onun üst hissəsini zədələmisən. Belə olan halda isə, dərini yneidən bərpa edən kremlərdən istifadə etmək lazımdır.

Qeyd : 

Əgər dəri çox qurudursa, nəmləndirici kremlər buna kömək olmursa, o zaman mütləq şəkildə kosmetoloqa müraciət etməyiniz məsləhət görülür.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.