Ayaqqabının ömrünü uzat

Ayaqqabısına qiymət verən adamlardansınızsa, bu mühafizə üsullarını mütləq bilməlisiniz.

1. Dəri ayaqqabılarınızı hər geydiyinizdə parıldadın. Market parladıcılar yerinə, dəri qoruyucu yağları seçim edin.
2. Ayaqqabı üçün olan qoruyucu spreyləri sevmək məcburiyyətindəsiniz. Çünki onlar, sudan, duzdan və palçıqdan qoruyor.
3. Yağışa düşən ayaqqabılarınızı qəzet kağızına büküb, havalandırma olan bir yerə qoyun. Fendən istifadə etməyin. O, dərini çatladır.
4. Ayaqqabılarınızı süngərlə (maçalka) təmizləməyin. Zərər verəcək maddələr ola bilər. Saç fırçası daha risksiz bir variantdır.
5. Yeni aldığınız ayaqqabınızın altına, ayaqqabı ustanızdan rezin bir ayaqqabı altlığı taxmasını istəyə bilərsiniz.
6. Batinkalarınızın köhnəldiyini, bir tərəfi əyilən topuğ hissəsindən anlaya bilərsiniz.
7. Qəhvəyi rəng ayaqqabınıza qara krem sürtün. Rənginə zərər verməz, lakin görünüşünə daha tünd və gözəl bir hava qatar.
8. Kətan ayaqqabıları təmizləmənin ən yaxşı yolu, bir parça şampunu ilə əldə yumaqdır. Paltaryuyan maşın variantlar arasında deyil.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.