“Samsung Galaxy S9” və S9+ bu ölkədə ən ucuz qiymətə satılacaq

"Samsung" şirkəti bu ilin fevralın sonunda Barselona keçiriləcək "Mobile World Congress" sərgisində özünün yeni "Samsung Galaxy S9" və S9+ flaqman smartfonlarını təqdim etməlidir.

"Samsung" şirkətinin Çin bölməsinin rəhbəri Qui Sian (Gui Xian) bildirib ki, onlar yeni cihazların müxtəlif şəkillərini görüblər və cihazların xüsusiyyətlərini bilirlər. Ancaq hələlik heç kəs yeniliyin qiyməti barədə heç bir məlumata malik deyil.

Özünün sonuncu müsahibəsində Qui Sian bildirib ki, Çində "Samsung Galaxy S9" və "S9+ smartfonları dünyada ən ucuz qiymətə satışa çıxarılacaq. Ancaq o, konkret olaraq rəqəm çəkməyib.

Yeni məlumata əsasən, "Samsung Galaxy S9" və S9+ smartfonlarına sifarişlər martın 1-dən açıq elan ediləcək. Smartfonların satışına isə martın 16-da başlanacaq.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.