Üçüncü nəsil Mercedes-Benz CLS modelinin istehsalına başlanıb

Mercedes-Benz şirkətinin Ştutqart yaxınlığındakı Zindelfinqendəki zavodunda üçüncü nəsil CLS-Class modelinin istehsalına start verilib. Yeni modelin yığılma prosesinə nəzarəti Zindelfingendəki zavodun rəhbəri Maykl Bauer və istehsal şurasının sədri Erdun Lümali həyata keçiriblər.

Mercedes-Benz CLS-Class modelinin üçüncü nəsli 2017-ci il Los-Anjelesdə keçirilmiş avtosalonda təqdim edilib. Yeni nəsil Mercedes-Benz CLS sedanı ilkin olaraq iki dizel və bir benzin mühərriki ilə təklif edilir. 286 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 2,9-litrlik dizel mühərriki CLS 350 d 4Matic modifikasiyasına, eyni mühərrikin 340 at qüvvəsinə və 700 Nm fırlanma anına malik olan variantı isə CLS 400 d 4Matic modifikasiyasına quraşdırılır. Hər iki modifikasiya qarışıq rejimdə 5,6 litr yanacaq sərfiyyatına malikdir.

Yerindən 100 km/saat həddinə CLS 350 d - 5,7 saniyəyə, CLS 400 d isə, 5,0 saniyəyə sürətlənir.

Mercedes-Benz CLS 450 4Matic modeli 367 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik sıralı altı silindrli benzin mühərriki ilə hərəkətə gəlir.  Qeyd etmək lazımdır ki, benzin mühərriki ilə təchiz edilən sedan həmçinin 48-voltluq elektrik şəbəkəsindən qidalanan startyor-generatora sahib olub. Elektromotorun EQ Boost funksiyası qısa müddətə sedanı əlavə 22 qüvvəsi və 250 Nm fırlanma anı ilə təmin edir. CLS 450 4Matic 100 km/saat sürətini 4,8 saniyəyə toplayır və qarışıq rejimdə 100 kilometrə 7,5 litr yanacaq sərf edir.

Bütün güc aqreqatları 9G-Tronic avtomatik ötürmələr qutusu və 4Matic tam çəkiş sistemi ilə tandemdə çalışırlar.

Bundan başqa, CLS modelinin "bərkgedən" Mercedesü-AMG CLS 53 4Matic+ modifikasiyası da bu ayın ortalarında keçirilən Detroyt avtosalonunda təqdim edilib. “Yumşaq hibridlər” adlandırılan bu avtomobil ön oxa ötürülən dartma qüvvəsini söndürməyə imkan verən tam çəkiş sistemi ilə təchiz edilir.

Mercedes-AMG CLS 53 4Matic+ modeli turbokompressor və elektrik ötürməli kompressor ilə təchiz edilən 3,0-litrlik sıralı altı silindrli mühərrikə sahib olub.

Mühərrik 435 at qüvvəsi və 520 Nm fırlanma anı hasil edir.

Güc aqreqatı ilə transmissiya arasında quraşdırılan və 48-voltluq şəbəkədən qidalanan EQ Boost startyor-generatoru, qısa müddət üçün, hasilatı 22 at qüvvəsi və 250 Nm fırlanma anı artıra bilər. Mercedes-AMG CLS 53 4Matic+ doqquz pilləli avtomatik ötürmələr qutusu və AMG E63 sedanında quraşdırılan 4Matic+ tam çəkiş sistemi ilə təchiz edilir.

Bu sistem ön oxa ötürülən fırlanma anını tamamilə söndürməyə imkan verir. Yerindən 100 km/saat həddinə Mercedes-AMG CLS 53 4Matic+ sedanı 4,5 saniyəyə sürətlənir.

Onun maksimal maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılıb.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.