Audi-nin reklam çarxında xizək sürən Çin səddi ilə hərəkət etdi

Professional idmançının bu tip manevrləri ilk dəfə rastlanmır.

Françii Kandid Tove növbəti dəfə Audi markasının reklam çarxına çəkilib. Onu dünyanın ən bacarıqlı xizək sürəni adlandırırlar. Kandit gənc yaşlarında xizək sürməyə başlayıb və bu öz nəticəsini elə də gec göstərməyib. O, Beynəlxalq Ekstrim Yarışlarının (X-Games) qalibi olub.

Audi markası idmançı ilə 2015-ci ildə iş birliyinə başlamışdır. O, zaman Kandid Audi Quattro-nun reklam çarxına çəkilmişdir. Həmin reklam çarxı Youtube portalında milyonlarla izlənməyə sahib olmuşdur.

2018-ci ildə də Kandid Audi ilə əməkdaşlığa davam edir.

Şərhini yaz