Bekhemlə seks üçün milyon dollarlıq təklif

Devid Bekhem Madridin "Real" klubunda oynadığı vaxt uşaqlarına dayəlik edən Rebekka Loos həmin dönəmdə ulduz futbolçunu şantaj etmək üçün təkliflər aldığını bildirib.

Futbolçu ilə sekslə məşğul olub onu videoya çəkməsi üçün 1 milyon dollarlıq təklif aldığını etiraf edib:

"Həmin vaxt Bekhemin uşaqlarına baxıcılıq edirdim. Bir çox insanlardan və fərqli qurumlardan onu şantaj etmək üçün təkliflər alırdım. 1 milyon təklif edən də olmuşdu. Bunun üçün videoya çəkmək tələbi qoyulmuşdu. İnsanların niyə belə şeylər etmək istədiyini anlamıram. Həmin vaxt mənim üçün pis keçmişdi. Bəzi şeylərə izah tapa bilmirdim".

Xatırladaq ki, Rebekka Loos hazırda 40 yaşındadır. O indi yoqa və rəssamlıqla məşğul olur.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.