Qəhvənin zərərli olduğu 4 vəziyyət

Qəhvənin faydalı tərəflərini dayanmadan sayırıq. Lakin bəzi vəziyyətlər var ki, o zaman qəhvə faydadan çox zərər verir.

Yanlış anlaşılmasın: Qəhvəni sevirik. Qəhvənin bir çox faydası var. Maddələr mübadiləsini sürətləndirir, dəri xərçəngi və ağlını itirmə riskini azaldır. Lakin qəhvənizi düzgün qəbul etməniz vacibdir. Əks halda sağlamlığınıza fayda verməkdən çox zərər göstərməyə başlaya bilər. Yaxşı qəhvə hansı vəziyyətlərdə sağlamlığı təhdid etməyə başlayır?
1. Qəhvə inanılmaz dərəcədə istidirsə...
Qəhvənizi qaynar dərəcədə içməyi sevirsinizsə, bir az soyumasını gözləmənizi tövsiyə etməliyik. World Health Organizationda yeni nümayiş olunan hesabatına görə, isti içkiləri 65 dərəcədən yüksək temperaturda qəbul etməniz, yemək borusu xərçəngi riskinizi artırır. Bir çox yerdə isə qəhvə bu istilikdən yüksək səviyyələrdə təqdim edilir. Qəhvənizi evdə özünüz etdikdə belə təhlükədən uzaqlaşmış olmursunuz. Çünki çox qəhvə maşını bu səviyyənin yuxarısına çıxır. Qəhvəyə bir miqdar krem ​​ya da süd əlavəsi belə istiliyi kifayət qədər düşürmür. Həlli isə səbirli olmaqdan keçir. Qəhvənizi içərkən 5 dəqiqəyə qədər gözləməyiniz işinizə yaraya bilər.
Özünüzü bir az narahat hiss edirsinizsə, içdiyiniz qəhvəni günahlandıra bilərsiniz. Çünki qəhvənin sinir sistemi üzərində xəbərdar edici bir təsiri var. Nəticədə stress və yuxu problemləri meydana gələ bilir. Xüsusilə də tez panikləmə problemi olanlar üçün vəziyyət lap pis ola bilər. Kafeinin təsirlərini azaltmaq üçün gündə bir ya da iki fincan, 250 ml qəhvəni keçməməməyə çalışın. Kafeini azaldılmış qəhvələrə də üstünlük verə bilərsiniz. Eyni zamanda yatağa girmədən 6 saat əvvəl qəhvə qəbulunu buraxmanız lazımdır.

Şərhini yaz