2020-ci ilədək yeni iPhone olmayacaq

"Apple" şirkəti 2020-ci ilə qədər yeni "iPhone" istehsal etməyəcək. Bu barədə xarici analitiklər bildiriblər.

Mütəxəssislərin fikrincə, məhz bu səbəbdən şirkət rezonans doğurmuş "iPhone X" smartfonunun yenidən istehsalı ilə bağlı tələsmir və "Apple" şirkətinin növbəti flaqman smartfonu 2020-ci ildən tez satışda olmayacaq.

Ekspertlər hesab edirlər ki, növbəti iki il ərzində "iPhone X" lider mövqelərə sahib olacaq. Baxmayaraq ki, onun istehsalı 2018-ci ilin ortalarında dayandırıla bilər. Həmin vaxt onun satış həcmləri 60 milyondan artıq cihaz təşkil edəcək.

Şərhini yaz