Bekhem futbol klubu yaratdı

ABŞ-ın Baş Futbol Liqası (MLS) İngiltərə yığmasının və Madridin "Real" klubunun sabiq ulduzu Devid Bekhemin yaratdığı klubu sıralarına qəbul edib.

Bazası Mayami şəhərində olacaq klubun adı və simvolikası hələlik açıqlanmayıb.

Mayaminin mərkəzində klub üçün 25 min nəfər tutumlu stadion inşa olunacaq.

Sahibləri arasında Devid Bekhemin də yer aldığı klub stadionla yanaşı, özəl məşq mərkəzi və futbol akademiyası da tikdirəcək.

Klubun MLS-də hansı mövsümdən etibarən çıxış etməyə başlayacağı barədə açıqlama verilməyib.

"Mayamidə MLS klubu yaratmaqla bağlı missiyamız artıq başa çatıb. Həyacanlıyıq, razıyıq, minnətdarıq. Mayamidəki azarkeşlərimizə söz veririk ki, klubunuzla fəxr edəcəksiniz. Stadion isə gəlmək istədiyiniz yer olacaq", - Devid Bekhem deyib.

"Mançester Yunayted", "Real" və "Milan" klublarının heyətlərində oynamış Devid Bekhem 2013-cü ildə karyerasını Fransanın "Pari Sen-Jermen" klubunda başa vurub. 2007-2012-ci illərdə o, MLS-dəki "Los-Anceles Qelaksi" klubunun heyətində çızıb edib.

Bekhemin sahib olduğu klub MLS-də 24-cü komanda olacaq. Bu liqada ABŞ və Kanada klubları çıxış edirlər.

1997-2001-ci illərdə MLS-də Mayaminin "Mayami Fyujn" klubu  vardı. Lakin klub sürəkli maliyyə itkilərinə məruz qaldığından MLS bu komanda ilə müqaviləni ləğv etmişdi.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.