BMW şirkəti Audi RS3 modelinə rəqib hazırlayır

"Autocar" dərgisinin bildiridiyinə görə, BMW şirkəti "bərkgedən" M-modifikasiyası olacaq 2-Series liftbeki üzərində işlərə başlayıb. "Bərkgedən" modifikasiya Audi RS3 və Mercedes-AMG CLA 45 modelləri ilə rəqabət aparacaqdır.

BMW M2 Gran Coupe modelinin satışlarına 2019-cu ildə başlanacaqdır. Avtomobilin mühərriki uzuna yerləşəcək və onun fırlanma anı arxa oxa ötürüləcəkdir. Liftbek M2 kupesinin mühərrikinə sahib olacaqdır. Bu mühərrik 370 at qüvvəsi və 465 Nm fırlanma anı hasil edir. Güc aqreqatı altı pilləli mexaniki və ya yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Adi BMW 2-Series Gran Coupe modellərinin mühərrik çeşidi 1,5-litrlik üç və 2,0-litrlik dörd silindrli aqreqatlar daxil olacaqdır.

Liftbekin hibrid 225e Gran Coupe modifikasiyası 1,5-litrlik benzin mühərriki və transmissiya ilə bir blokda quraşdırılmış elektromotorla təchiz ediləcəkdir.

Hibrid modifikasiya yalnız elektrik ötürməsi ilə 50 kilometr qət edə biləcəkdir. Əvvəllər BMW 2-Series Gran Coupe modelinin öndənçəkişli UKL platformasında inşa ediləcəyi bildirilmişdir. Bu platformadan Mini modellərinin, Active Tourer miniveninin və X1 və X2 krossoverlərinin istehsalında istifadə edilir.

Mənbə : www.autograph.az

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.