Olimpiya yarışlarında hər idmançıya 37 ədəd prezervativ veriləcək

Fanatlar isə çətir, tərlik və breloklarla sevindiriləcək.

Artıq uzun illərdi ki, önəmli yarışlar öncəsi idmançılara (əsasən xokkey və futbol) sekslə məşğul olmağa icazə vermirlər.

Amma bir sevindirici xəbəri də nəzərinizə çatdıraq ki, Qış Olimpiya oyunları 2018-də idmançıların bir qayğısı az olacaq. Onlara sekslə bağlı heç bir qadağalar qoyulmayıb.

Təşkilatçılar açılışdan sonra 110.000 ədəd qoruyucu hədiyyə etmək fikrindədilər. Bildirək ki, bu rekorddur. Bu hesablama ilə hər idmançıya 37 ədəd qoruyucu düşür.

Eyni zamanda onu da qeyd edək ki, suvenirlərin satışı ilə bağlı mağazalar aktiv işlər görür.

Şərhini yaz