Yeni iPad bu ilin sonunda təqdim olunacaq

Nüfuzlu analitikin versiyasına görə, yeni "iPad" planşeti neyron şəbəkəsinə malik prosessor və "Face ID" texnologiyası ilə təchiz ediləcək.

"Apple" şirkəti 2018-ci ilin sonunadək yeni "iPad" planşeti təqdim etməyə hazırlaşır. Bu haqda tanınmış analitik Mark Qurman "Bloomberg" nəşrinə deyib.

Onun fikrincə, "Apple" şirkəti cari ilin sonunadək yeni "iPad" planşeti təqdim edəcək. Həm də bu, süni intellekt və neyron şəbəkəsi dəstəyinə malik prosessorla təchiz edilmiş planşet olacaq. Ekspert düşünür ki, şirkət yeni nəsil "iPad" planşetini "Face ID" biometrik skaneri ilə təchiz edəcək.

Şərhini yaz