Əslində bədənimiz necə görünür?

Şəxsi məşqçi James Conce-Mitchell istədiyiniz bədəni formalaşdırmağın yollarını və bu uğurda edə biləcəyiniz səhvləri izah edir.
Bu dünyada ən çox kimə bənzəmək istərdiniz? Beş il əvvəl olsaydı, The Rock ya da Hugh Jackman demənizi düşünə bilərdim. Amma 2015-ci ildən etibarən isə eşidə biləcəyimiz mümkün cavab Cristiano Ronaldo, Brad Pitt və Ryan Goslingdir. Çünki indiki vaxtda insanlar daha incə, atletik və yüngül bir fiziki görünüşə üstünlük verir.

Yuxarıda şəkildə gördüyümüz adamların ortaq nöqtəsi nədir? İdman salonunda ciddi mənada tər tökərək o fiziki görünüşə qovuşdular. Çox adam fit bir bədənə qovuşma yolları axtarır və işə yaradığı illərcə sübut olan ağırlıq məşqi yerinə, o sıralar məşhur olan fərqli prinsiplərə yönəlir. Söz mövzusu güclü əzələlər inşa etmək olduğunda, heç bir şey yaxşı planlanmış bir ağırlıq məşqinin yerini tuta bilməz.

Kişilərin az qala yarısı aynadakı əks olunmasından məmnun olmadığını söyləyir. Kişilərlə gözəl qarın əzələləri arasındakı ən böyük maneə, onların söylədiklərinə əsasən zamanın olmaamsıdır. Halbuki ən yaxşı fitness modellərinin çoxu həftədə maksimum 4-5 saat məşq edir.
Çoxumuz etdiyimiz məşqləri həyat tərzimizlə kifayət qədər dəstəkləmirik. İdman salonunda nə qədər zaman sərf edirsinizsə, mətbəxdə və sağlamlıq mərkəzində də o qədər göstərilməlidir. Ən yaxşı formanıza qovuşmaq fədakarlıq istər. Hayatınızı bütündən dəyişdirməyə ehtiyac yoxdur amma ən azından həftə sonları pivə içməyi azalda bilərsiniz. Ayrıca istirahət günlərinin lüks deyil ehtiyac olduğunu bilin.
Məni əsl narahat edən məsələ, bədəndəki digər əzələlərə laqeyd yanaşıb yalnız iri qollar və geniş bir sinə istəmənizdir. Mən də V şəklindəki bədənin fanatıyam amma bu düşüncəylə qıç gününü məşq etməyib keçməyi, metabolik təzyiqi artırıb bədən yağlarından xilas olmaq üçün əlinizdəki ən təsirli silahlardan bəzilərini da (çömbəlmək, deadlift və s.) istifadədən atmağınızı qəbul etmirəm. Məşq proqramınızın göstəriş marağınızı şəkilləndirməsinə icazə versəniz, səmərəsiz çalışacaqsınız və təəssüf ki, yerinizdə sayacaqsınız.
Ronaldo bu sahəni daha yüksək və sağlam bir nöqtəyə daşısa da, aktyorların fiziki görünüşünü, təqlid etməyə çalışarkən diqqətli olun. Bu adamlardan bəziləri həftələrcə çalışaraq, bədən yağlarını uzun müddət qorunmayacaq qədər aşağı səviyyələrə endirir və kamerada yaxşı görünmək üçün çəkilişdən dərhal əvvəl ağırlıq çalışaraq əzələlərini şişirdirlər. Unutmayın, Ryan Gosling belə çox vaxt sandığınız Ryan Goslingə bənzəmir.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.