Mətbəx yoxsa idman zalı?

Fit bir bədən yaratmaq üçün nizamlı məşq və sağlam qidalanmanın bir yol olduğu açıq-aşkardır. Yaxşı, bu tənlikdən balanslı qidalanmağı çıxara bilərsinizmi? Ya da yalnız yaşıl tərəvəz suyu sizi istədiyiniz hədəfə çatdıra bilərmi? Gəlin bunu müzakirə edək.
Yalnız qidlaanma ilə arıqlamaq olar. Amma arıqladıqdan sonra isə bədən aldığı forma ilə sizi yalnız utandıra bilər. Çünki artıq dəri sallanmaları sizi narahat etməyə başlayacaq.

Düşünün ki, siz məşq edirsiniz və bununla birgə sağlam qidalanmırsınız. Bu zaman nə baş verəcək? Bədən itirdiklərini aldığı rasionlar sayəsində bərpa edə bilər. Bunun üçün qidalanma mütləqdir. Əks halda zəifləyə bilərsiniz və hətta məşq etməyə gücünüz belə olmaz.

Nəticə bilindi : Bərabər xal qazanaraq, hər ikisinin istifadəsi mütləqdir.

Şərhini yaz