Əzələ ağrılarından qurtulun

Tosterdə qızardılmış çörək və yumurta, məşqdən sonra əzələ ağrılarından qurtulmağınıza kömək edəcək.

Souslu sosiska və avokadolu yumurta.

Lazım olan ərzaqlar : (2 nəfərlik)

1 ədəd doğranmış soğan

2 diş sərimsaq

1 ç/q qırmızı bibər tozu

50 ml balzamlı sirkə

2 x/q pomidor püresi

200 qr sosiska

4 yumurta

1 doranmış avokado

1/2 limon suyu

4 dilim köhnə çörək

Hazırlanması :

1. Souslu sosiskanı hazırlamaq üçün soğan, sarımsaq, ot və ədviyyatları zeytun yağı ilə birlikdə bir tavada istilədin. Daha sonra qırmızı toz bibəri də əlavə edin. Oksigenin əzələlərə transferini asanlaşdırdığından, məşq performansınızı yüksəltməyə kömək edir. Balzam sirkəni də əlavə edin. Yüksək miqdarda qaz ehtiva edən balzam sirkə, səhər saatlarında yorucu məşqlərlə üzləşən bədəninizdəki zülal sintezini sürətləndirir. Son olaraq pomidor püresi, və sosiskanı da əlavə edin. Aşağı ocaqda 30 dəqiqə bişirin.
2. Geniş bir qazanda su qaynadıb içinə duz və bir neçə damla alma sirkəsi qoyun. Suyu yüngülcə qarışdırın. Bir yumurtanı kiçik bir kasaya qırıb sonra kasanı qazana tökün. 3-5 dəqiqəyə qədər bişirib kəfgirlə sudan götürün və bunu üç yumurta üçün təkrarlayın.

Şərhini yaz