4 dəqiqədə yuxusuz gecələrə son qoy

Yuxusuzluq problemi artıq sizinlə birgə olmaycaq.

Ağıllı telefonumuz, kompüterimiz, planşetimiz, televiziya ... oyandığımız andan təkrar yatağa geri dönüşümüzə qədər keçən müddətdə, davamlı mavi işığa məruz qalırıq. Bu vəziyyətin, yuxumuza zərər verməsi və ümumi sağlamlığımız üçün əlimizdən gəldiyincə qarşısını almaq istəsək də, bu alətləri bağlamaq çox da davamlı bir üsul deyil.

Georgia Universitetində edilən yeni bir araşdırma, qaynadılmış yumurtanın, bu mövzuda ən əhəmiyyətli silahınız olduğunu ortaya çıxardı. Yumurtanın sarısında olan karotenoid maddəsi yalnız əhəmiyyətli bir antioksidan qaynağı deyil, eyni zamanda göz sağlamlığımız üçün həyati əhəmiyyət daşıyan A vitamini baxımından da olduqca zəngindir. Araşdırmaçılara görə, yumurta sarısı qəbulunu artırmaq göz sağlamlığınızı qorumaqla birlikdə, yuxu keyfiyyətini də artırır.
American Journal of Clinical Nutritionda nəşr olunan bir araşdırmaya görə, çırpılmış yumurta yedikdə, bu faydalı qidaların təsirinin 50 % nisbətində azaldığını ortaya çıxardı. Dörd dəqiqə qaynatmaq, yumurtanın bu təsirindən faydalanmaq üçün ideal zamandır.

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.