Nəyə görə sükan arxasında hər kəs pisdi, yalnız siz normal sürücüsüz

Bunu yoxlamısınızmı? Nəqliyyatdan istifadə zamanı yollarda demək olar ki, diqqətli sürücülər qalmayıb. Hər kəs elə bil ki, zəngirdən qırılıblar. Hər kəs dəli olub elə bil ki. Kimsə zolaqdan kənara çıxıb, kimsə çox asta sürür, dönmə əməliyyatı zamanı işığı yandırmırlar. Əslində bəs nə baş verir?

İki adi forma var, hansılara ki, bütün sürücülər inanır.

1-ci forma - mən ən ehtiyyatlı, ağıllı və səbirli sürücüyəm.

2-ci forma - digər bütün avtomilləri sürən insanlar pis sürücülərdir.

2017-ci ildə Expedia Road Rage Report-un apardığı sorğuya əsasən 97 % sürücü özünü ehtiyyatlı sürücü adlandırmışdır. yalnız 29 % sürücü digər sürücüləri də ehtiyyatlı sürücü adlandırmışdır. Yalnız 17 % sürücü bildirib ki, onlar yollarda müəyyən xətalar törədirlər.

Görürsünüzmü? Biz yalnız özümüzü ehtiyyatlı sürücü adlandırmırıq, eyni zamanda düşünürük ki, yollarda xəta törədən sürücülər düşünür ki, səhv bizdədir.

Amma statistikaya baxdınızsa, yəqin ki, gördünüz ki, rəqəmlər uyğun gəlmir. Əgər böyük hissə özünü niamlı sürücü hesab edirsə, deməli statistikada uyğunsuzluq var. Sürücülər yalan danışır.

Kimsə tələsirsə, tıxacda bir az əlavə manevr edirsə, biz o sürücünü pisləyirik və lazım gələrsə söyürükdə. Amma bunu biz edəndə, özümüzə haqq qazandırırıq. Biz axı işə və ya hansısa tədbirə tələsirik. Özümüzə hər zaman haqq qazandırırq. Onlara isə yox.

İndi isə sənə əsas bir tapşırığı təqdim edirik. 30 gün özünü təqdim etdiyin sürücü kimi apar. Təmkinli, ehtiyyatlı bir sürücü. Yolda baş verənlərə fərqli yanaş. Sürücüləri söymə və danlama. Siqnala basıb, insanları narahat etmə.

Çalış bu 30 günü səbrli olasan və daha sonra nticəyə bax. Hazırsınızmı buna dostlar? Nəticədə siz stressdən uzaqlaşmış olacaqsınız. Məgər bu azdır?

Şərhini yaz