Opel şirkəti yeni nəsil Combo furqonunu təqdim edib

Opel şirkəti Combo furqonunun yeni nəslini nümayiş etdirib. Yığcam furqon sərnişin modifikasiyası olan Life modifikasiyasında təqdim olunub. Növbədə üçüncü “qardaş” Peugeot Partner modelidir.

Əvvəllər Opel Combo üzü dəyişdirilmiş SCCS platformasında inşa edilən Fiat Doblo modeli idi. İndi isə, yeni furqon PSA Peugeot Citroen qrupunun EMP2 modul platformasında inşa edilib. Bu platformada bir müddət bundan öncə təqdim edilən Citroen Berlingo furqonu da inşa edilib.

Modelin mühərrik çeşidinə daxil olan aqreqatlar açıqlanmasa da, onların 110 və 130 at qüvvəli 1,2-litrlik PureTech benzin mühərriki və 75,100 və 130 at qüvvəli BlueHDi dizel mühərriki olacaqdır.  Güc aqreqatları altı pilləli mexaniki və səkkiz diapazonlu avtomatik transmissiyalarla təchiz ediləcəkdirlər.

Furqon beş və yeddi yerlik salonla təklif ediləcəkdir. Combo modelinin baqaj bölümü 597 – 2693 litr arasında həcmə malik olacaqdır. Modelin təchizatına arxa kameraya malik olan Driver Droidiness Aler sistemi daxil olacaqdır ki, bu sistem avtomobilin yüksəklikdən olan 180 dərəcəli görüntüsünü təmin edəcəkdir. Bundan başqa, Opel Combo proyeksiya displeyi və aşağı sürətlərdə baş verən qəzaları önləyən Flank Guard kompleksi daxildir.

Opel Combo modelinin kütləvi təqdimatı mart ayında başlanacaq Cenevrə avtosalonunda keçiriləcəkdir. Furqonun avropalı müştərilərə çatdırılması bu ilin ikinci yarısında başlanacaqdır.

Mənbə : www.autograph.az

Şərhini yaz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.